Qısa məzmun
Facility Management Group Mexanik/Texnik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzi̇fələr:
- İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması
- Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
- Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
- Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası
- Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası
- Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi
- Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
- İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi
- Mexaniki avadanlıqların dəyişdirilməsi üçün texniki tələblərin müəyyən edilməsi və təkliflərin verilməsi
- Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
- İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması
Tələblər:
- Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
- Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi
- Müvafiq sahə üzrə (mexanik) minimum 5 il təsdiqli iş təcrübəsi
- Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
- Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər
- Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
- Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.
İşçilər servis xidməti ilə təmin olunacaqlar.
Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərəsiniz.
Oxşar vakansiya siyahısı:
Mexanik
Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis“Azprotein Foods Group” MMC “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir. ...