Kənd yerlərində məsləhət xidmətləri üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Nar İstehsalçıları Kənd yerlərində məsləhət xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

əzifə: Kənd yerlərində məsləhət xidmətləri üzrə mütəxəssis

İş yeri: Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonları (hər rayona 1 mütəxəssis).

İşəgötürən təşkilat: “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi

Layihə:

“Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP). STEP layihəsi çərçivəsində narçılığın geniş yayıldığı Aran iqtisadi rayonunun Göyçay, Kürdəmir, Ucar, Sabirabad, Hacıqabul, İmişli və Saatlı rayonlarında təqribən 2000 mikro və kiçik narçı fermerlərin maddi rifahına təsir göstərəcək məsləhət xidmətlərini icra ediləcək.

Ümumi məlumat

Kənd yerlərində məsləhət xidmətləri üzrə mütəxəssis kiçik-həcmli fermerlərə layihənin Məşvərət Şurası tərəfindən hazırlanmış məsləhət xidmətlərini təqdim edəcəkdir. Mütəxəssisin təqdim etdiyi xidmətlərə təlim proqramları və seminarların təşkil edilməsi, fermerlərin təlimi, kənd təsərrüfatı sahəsində müvafiq gübrə, dərman, mal-material və xidmətlər və onların təchizatçıları barədə məlumatların verilməsi daxildir. Xidmət göstəriləcək təsərrüfatın həcmindən asılı olaraq mütəxəssis diferensial yanaşma tətbiq etməklə fermerlərlə Dövlət Aqrar İnkişaf Mərkəzləri və yeni qurulmuş Aqro Xidmət Agentliyi kimi dövlət qurumları arasında körpü rolunu oynayacaq.

Vəzifələr:

• Gündəlik olaraq təsərrüfatlara/fermerlərə baş çəkib ehtiyacları öyrənmək və məsləhət xidmətini təklif etmək;
• Ailə təsərrüfatlarının səmərəliliyini artırmaq, məhsul istehsalını artırmaq və ümumiyyətlə ailələrin həyat səviyyəsini yüksəltmək məqsədi ilə məsləhət, məlumat və yeni biliklər təklif etmək;
• Kəndlilərin rifahının artmasına kömək etmək məqsədilə kəndlilərlə problemləri müzakirə etmək, onlara problemlərini daha yaxşı anlamaq və çətinliklərinə münasibətlərini dəyişdirmək, bu problemlərin öhdəsindən gəlmək üçün qərar vermək yollarını göstərmək;
• Fermerlərin tanımadığı avadanlıqdan istifadəsi üçün texniki bacarıqlarının formalaşdırılmasına kömək etmək, qrup layihəsini idarə etmək üçün təşkilatçılıq, verilən texniki məsləhətlərin iqtisadi aspektlərini qiymətləndirmək bacarığı, hesabatın aparılması,təsərrüfat resursları və avadanlıqlardan istifadə üçün təsərrüfat idarəetmə bacarıqlarının öyrənilməsində yardım göstərmək;
• Gündəlik ziyarətlərin, aşkar edilmiş problemlərin və fermerlərə təqdim olunan həll yollarının və təlimlərin qeydiyyatını aparmaq;
• Layihədə iştirak edən hər bir təsərrüfat üzrə həftəlik və illik fəaliyyət hesabatları hazırlayıb təqdim etmək;
• Hər növbəti həftə üçün Məsləhət xidmətləri üzrə konsultanta iş planı təqdim etmək.

Tələblər

• Aqronomluq, aqrokimya, iqtisadiyyat, satınalma, təchizat, biznesin idarə edilməsi, və ya kommersiya üzrə diplom;
• Aqronomluq, aqrobiznes, kənd təsərrüfatı iqtisadiyyatı, qida sistemləri sahəsində ən azı 5 il müddətində müvafiq iş təcrübəsi;
• Digərlərini təlim etmək bacarığı;
• Güclü ünsiyyət, təşkilatçılıq və sərbəst işləmək bacarığı;
• MS Office (Word, Excel, Power Point) istifadə etmək bacarığı;
• Müvafiq rayon çərçivəsində kəndlərə gündəlik səfər etmək imkanı.

Maraqlanan namizədlərdən öz CV-lərini step@pomegranate.az poçt ünvanına, mövzu bölməsində “Kənd yerlərində məsləhət xidmətləri üzrə mütəxəssis” yazmaqla göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl