Məşğulluq tədbirləri departamentinin baş mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dövlət Məşğulluq Agentliyi Məşğulluq tədbirləri departamentinin baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir

Strukturun Adi: Məşğulluq tədbirləri departamenti

Vakant Vəzi̇fələr: Baş mütəxəssis

Əmək Haqqi: Ştat cədvəlinə uyğun olaraq

Vəzi̇fə Funksi̇yaları:

  • Özünüməşğulluğun təşkili ilə bağlı Agentliyin yerli bölmələrinə əməli-metodiki köməklik göstərilməsi;
  • Özünüməşğulluğun təşkili ilə bağlı proseslərə nəzarət edilməsi;
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Beynəlxalq təcrübəyə və yerli ehtiyaclara əsasən məşğulluq sahəsində yeni layihələrin araşdırılması, hazırlanması və təqdim edilməsi;
  • Özünüməşğulluq üzrə görülən tədbirlərin layihə tərəfdaşları, habelə Agentliyin müvafiq struktur bölmələri ilə koordinasiya edilməsi;
  • Özünüməşğulluq üzrə məlumatların təhlili və hesabatların hazırlanması;
  • Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;

Vəzi̇fəni̇n Tutulmasına Dai̇r Tələblər:

  • Təhsil tələbi: Ali (İqtisadiyyat, Hüquq, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
  • İş stajı: Ən az 2 il iş təcrübəsi (İş təcrübəsinin ən az 6 ayı layihələrin idarə olunması və oxşar sahələr üzrə olmaqla);
  • Dil bilikləri: dövlət dili (sərbəst), ingilis, rus dilləri (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə);
  • Sertifikat: Layihələr üzrə arzuolunandır.

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacarıqlar:

  • Məsuliyyətlilik;
  • Analitik düşünmə, mühakimə və problem həll etmə bacarıqları;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq və yaradıcı düşüncə;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məşğulluq tədbirləri üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı