Memar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Urban City Construction LLC Memar vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə Öhdəlikləri:

  • Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi
  • Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi
  • Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarətinin həyata keçirilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi
  • Layihə axtarış işlərinin aparılması, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılması

Namizədə dair tələblər:

  • Tikinti norma və qaydalarını
  • Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid yuxarı təşkilatların qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları
  • Mövcüd layihələrin yoxlanılması və düzülişlərin tikinti norma qayadalarına görə edilməsi
  • Layihələndirmənin metodlarını; layihə işlərinin təşkili və planlaşdırılmasını
  • İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri
  • Şəhərsalma və memarlıq tapşırıqlarının həyata keçirilməsində yerli təbii, iqtisadi, sosial və digər şərtləri
  • Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartları, texniki şərtləri və digər rəhbər materialları
  • Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını bilməldiri
  • Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəyə sahib olmalıdır
  • Memarlıq sahəsi üzrə ali təhsil
  • Minumum 5 il təcrübə
  • Rus və İngilis dili bilməlidir

Əsas proqram bilikləri:

  • AutoCad
  • Revit
  • 3Dmax
  • Photoshop
  • Ofis proqramları

Uyğun namizədlərdən elektron ünvanına mövzu yerinə “Memar” yazaraq CV göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı