Məişət texnikası ustası
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Kontakt Home Məişət texnikası ustası vəzifəsi üzrə vakansiya elan edir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vacancy: Operator (Servis mərkəzi)

Vəzifə öhdəlikləri:

  • Bütün növ məişət texnikasının yüksək səviyyədə təmiri və quraşdırılması;
  • Tapşırıqları vaxtında və dəqiq yerinə yetirməsi;
  • Ölçü alətləri və test cihazlarınından professional səviyyədə istifadə bacarığı;
  • Şirkətdaxili qaydalara, təlimat ve prosedurlara riayət etməli;
  • İş mühitini daim təmiz ve səliqəli saxlamalı.

Tələblər:

  • Böyük məişət texnikasının təmiri üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq (servisdə iş təcrübəsi arzu olunandır);
  • Paltaryuyan maşınların təmiri üzrə iş təcrübəsi;
  • Soyuducu təmiri üzrə iş təcrübəsi;
  • Elektron plata ve sistemə aid biliklərinin olması;
  • Məişət texnikasının professional təmiri ve montajı haqqında tam məlumatlı olması;
  • Şəxsi keyfiyyətlər: məsuliyyətli, punktual, dəqiq, müştərilərlə ünsiyyət bacarığı.

İş şəraiti:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Həftədə 6 iş günü, bazar günü – istirahət günüdür

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kp53vxf7

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl