Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azericard şirkəti Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Texniki istiqamət üzrə Ali təhsil;
  • Prosessinq, kart məhsulları, elektron ödənişlər, pərakəndə/rəqəmsal bankçılıq və ya bu istiqamətlər üzrə layihələrin idarə edilməsi sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
  • Layihə çərçivəsində texniki tapşırıqların icrasında iş təcrübəsi;
  • Bank kartları, bank hesabları, bank prosesləri və bankda olan digər texniki komponentlər haqqında biliklər;
  • Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
  • Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
  • Öz üzərində çalışma və inkişaf etmə istəyi;
  • Analitik yanaşma qabiliyyəti;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı.

Vəzifə:

  • Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
  • Şöbənin fəaliyyətindən və vəzifəsindən irəli gələn tapşırıqların yerinə yetirilməsi;
  • Şirkət daxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
  • Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
  • Layihələrin tələblərinin təhlil olunması;
  • Layihələrin tələblərindən irəli gələrək müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
  • Layihələrin idarə edilməsi, mütəmadi olaraq sprintlərdə iştirakın həyata keçirilməsi;
  • Layihələrə dəstək verilməsi məqsədilə həvalə olunmuş infrastrukturda müasir metodikaların tətbiqi və işin keyfiyyətinin artırılması üçün əlaqəli departamentlərin əməkdaşları və kənar təşkilatlarla qarşılıqlı əlaqələrin təmin olunması;
  • Xidməti məlumatların məxfiliyinin qorunması.

Namizədlərdən CV-lərini “Məhsulların dəstəyi və inkişafı şöbəsinin layihələr üzrə mütəxəssisi” mövzusu ilə göndərmək xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı

Keyfiyyətə Nəzarət üzrə Menecer

Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

Starex

08.04.2025 - Bakı