Mebel üzrə texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. ATEF Şirkətlər Qrupu Mebel üzrə texnoloq vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: Müsahibədən sonra müəyyənləşdiriləcəkdir.

İş şəraiti:

  • İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
  • 6 günlük iş həftəsi,
  • Nahar fasiləsi: 12:00-13:00,
  • Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat:

  • Mebelin istehsalı üzrə texnoloji proseslərə nəzarət etmək;
  • İstehsalat zamanı qeydə alınan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün təkliflər vermək;
  • Ağacı dəzgah vasitəsilə kəsmək, yonmaq, yığmaq, düzəltmək və tələb olunan formaya salınmasına nəzarət etmək;
  • Dəzgahda konstruksiyaların ağac elementlərinin və digər ağac məmulatının düzəldilməsi, modifikasiyası və təmirini həyata keçirilməsinə nəzarət etmək;
  • Qapılar, qapı və pəncərə çərçivələri, örtük, panellər kimi daxili və xarici elementlərin uyğunlaşdırılması, yığılması və dəyişdirilməsini təmin etmək;
  • Dəzgahda ağac detalların kəsilməsi, yonulması, uyğunlaşdırılması və yığılmasına nəzarəti həyata keçirmək;

Tələblər:

  • Ali və ya texniki təhsilli;
  • Mebel və ağac emalı (Ağac, MDF və DSP və s. materiallardan istifadə olunur) sahəsində minimum iş təcrübəsi 5 il;
  • Avropəncərə istehsalı və boyama ilə bağlı biliklərinin olması;
  • MS Office ( Word, Excel, Power Point) proqramlarında işləməyi bilməli;
  • Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
  • Ağac emalının texnologiyasını bilməlidir;
  • Dəzgahların və kəsici alətlərin iş prinsipini bilməlidir;
  • Yaş həddi 30-50;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;
  • Тexniki sənədlərin oxunmasını bacarmalıdır;
  • Bərk ağacdan, plastikdən, laminat lövhədən və MDF-dən hazırlanan məhsullar üçün texniki sənədlərin hazırlanması bacarıq və təcrübəsi olmalı (əl eskizləri);
  • CNC frez maşını, stasionar frez dəzgahı və digər mebel sahəsi avadanlıqları haqqında biliklərin olması, dəzgahlar üçün tapşırıqlar yaratmaq bacarığının olması;
  • CNC frez dəzgahı üçün proqram tapşırıqları yaratmağı bacarmalı;
  • AutoCad və 3D mebelinin dizaynı proqramı haqqında məlumatı olmalı;
  • Şkaf mebeli və bərk ağacdan mebel istehsalı texnologiyasını bilməli;
  • Ağac pəncərə sistemini və mexanizmlərini bilməli.

Namizədin şəxsi keyfiyyətləri:

  • Fikrini izah etmək qabiliyyəti;
  • Ezamiyyə imkanları;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;
  • Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni göndərə bilərsiniz.  CV göndərən zaman vəzifənin adını “Mebel üzrə texnoloq” Mövzu bölməsində göstərin

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı