Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Maliyyəçi-Analitik vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin olunur.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 16.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Maliyyəçi-Analitik
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
- İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
- Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
- Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
- İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
- Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
Tələblər:
- Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
- Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
- Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
- Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
- Analitik və strateji baxış bacarıqları;
- Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
- Yüksək səviyyəli analitik bacarıqlar;
- Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
- Rus və ingilis dili biliyi;
- MS Office kompüter proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- Endirimli tibbi xidmət
- Əmək müqaviləsi
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...