Maliyyə və İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-700 AZN. DHL Express Baku Maliyyə və İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. İngilis dili biliyi olmalıdır.

İş barədə məlumat:

  • Əmək müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək
  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək
  • Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq
  • Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq
  • İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək
  • Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq
  • ştat cədvəlinin layihəsini hazırlamaq
  • İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək
  • Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək
  • İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək
  • İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək.
  • Şirkətin kassasına nəzarəti həyata keçirmək; Kassaya aid olan bütün əməliyyatlara nəzarət etmək və məsuliyyət daşımaq ; Kassaya mədaxil və məxaricə bir başa nəzarət etmək və sənədləşdirmək; müştəriyə göstərilən xidmət üzrə ,idxal və ixrac əməlliyatları və gömrük deklarasiyaların xidmət haqqı üzrə kassaya pulun daxil edilməsini sistemli və səliqəli təmin etmək. Birbaşa rəhbəri tərəfindən vəzifə funksiyaları üzrə verilən digər tapşırıqları yerinə yetirmək. Kassanın mövcud vəziyyəti haqqında günlük, aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək. Xəzinə kitabını yazmaq; hər ayın 15-dək kuryerlərin faizlərini hesablamaq,baş mühasibə təqdim etmək

Namizədə tələblər:

  • Xanım namizəd 27-30 yaş arası əsas işçinin yerinə (analığ məzuniyyəti )tələb olunur
  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibatlıq)
  • Azərbaycan və rus dilləri sərbəst, ingilis dili biliyi orta səviyyədə olmalı
  • Proqram bilikləri: Microsoft Word, MS Excel
  • Analitik təhlil bacarığı
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı