Qısa məzmun
Ateshgah Sigorta Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Yaş: 23 – 33
- Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində
- Təlim və kurslar: ACCA bilikləri üstünlükdür
- İş təcrübəsi: maliyyə sahəsi üzrə 1 il
- Dil bilikləri: Azərbaycan dili,rus dili, ingilis dili
- Kompyuter bilikləri: MS Office, 1C
Əsas vəzifə öhdəlikləri:
- Dövri (rüblük, aylıq və s.) olaraq maliyyə hesabatlarını hazırlamaq və maliyyə göstəricinin təhlilini aparmaq
- Büdcənin hazırlanmasında iştirak etmək, xərclərin büdcəyə uyğunluğunun monitorinqini həyata keçirmək;
- Xərclər üçün müraciətlərin məlumat bazasını və hesabatlarını hazırlamaq
- Maliyyə hesabatlarının analizini aparmaq
- Şirkətin investisiya siyasətinə uyğunluğu təmin etmək məqsədi ilə analizlər aparmaq və lazımı hesabatlar tərtib etmək
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
Şəxsi keyfiyyətlər:
- Analitik düşünmə
- Ünsiyyət qurmaq bacarığı
- Məsuliyyət
- Dəqiqlik
- Komanda ilə işləmə
- Aktiv öyrənmə bacarığı
İş şərtləri:
- İş vaxtı 09:00 – 17:30
- İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş yeri: Atəşgah SQ baş ofisi
- Əmək haqqı: 500-700 AZN (müsahibə əsnasında təyin olunacaqdır)
Məlumatlandırıcı qeydlər:
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
- Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
- CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...