Layihə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AS Group Investment LLC Layihə rəhbəri vəzifəzi üzrə vakansiya elan edir. Bina tikintisi üzrə təcrübəli olmalıdır.

Vəzifə təlimatları:

  • Tikinti prosesinin idarə edilməsinin təşkili
  • Tikinti prosesi mərhələləri üzrə planın, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi
  • Layihə büdcəsinin və xərclərinin idarəedilməsi
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması
  • Tikinti qanunvericiliyinə əsasən razılaşdırma və icazə sənədlərinin müvafiq orqanlardan əldə edilməsi
  • Lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi
  • Material və avadanlıqların iş qrafikinə əsasən təsliminin təşkili
  • İşçi heyətinin təyin edilməsi və müvafiq mütəxssislərə iş bölgülərinin təqdim edilməsi
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçılarının işlərinə nəzarət edilməsi
  • Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və texniki sənədlərin təsdiqi
  • Tikinti layihəsinə cəlb edilmiş subpodratçı firmaların gördüyü işlərə nəzarət
  • Sifarişçi ilə keçirilən toplantılarda Podratçı adından iştirak
  • Tikintidə təhlükəsizlik qaydalarına nəzarət olunması və SƏTƏM üzrə mütəxəssis ilə sıx ünsiyyətdə olmaq
  • Tikintinin gedişatı və xərclərlə ilə bağlı Baş Ofisə gündəlik və ayqlıq hesabatların təqdim edilməsi

Tələblər:

  • Mühəndislik ixtisası üzrə Ali təhsil
  • İnşaat sahəsində minimum 10 il, layihə rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi
  • Bina tikintisi üzrə təcrübə
  • Keyfiyyət və sağlamlıq və təhlükəsizlik standartları ilə tanışlıq
  • Tikinti materialları və avadanlıqları barədə biliklər
  • Tikinti və Layihə idarəedilməsi proqramları üzrə biliklər
  • PMP və ya digər müvafiq sertifikatlı namizədə üstünlük verilir
  • FIDIC müqavilələri haqqında məlumatı olan namizədə üstünlük verilir
  • Azərbaycan və İngilis dil bilikləri (Rus dilini bilən namizədə üstünlük verilir)
  • Liderlik və idarəetmə bacarıqları
  • Problemlərin və stresin idarə edilməsi üzrə bacarıqlar
  • Yüksək ünsiyyət qurma bacarıqları

Maraqlanan namizədlərdən öz CV-lərini “Layihə rəhbəri” başlığı ilə esmira.yeganova@asgroup.az ünvanına göndərmək xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı