Layihə Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200 -1500 AZN. NewCond LLC Layihıə meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Nyukond şirkəti  HVAC ( isitmə, soyutma və havalandırma ) sahəsi üzrə fəaliyyət göstərir.  Şirkətin əsas iş fəaliyyətini  Mitsubishi Electric ,  AUX və Hann  brendlərinin istehsalı olan kondisioner sistemləri üzrə avadanlıqların idxalı,  satışı , quraşdırılması və servis xidmətləri təşkil edir .

İş barədə məlumat :

  • İş , ofis daxilində , müxtəlif tenderlər,  satınalmalar və sorğular  üçün şirkət tərəfindən təqdim olunacaq  kommersiya  təkliflərinin  hazırlanmasından , lazım gələrsə  Sifarişçilərlə görüşlərin təşkilindən ibarət olacaq .
  • Əmək haqqı rəsmi şəkildə,  karta ödənilmək şərtilə  1200-1500 AZN təşkil edəcək .
  • İş qrafiki  həftənin 5 günü , saat  9:00 – 18:00  aralığında olacaq . Şənbə , bazar və bayram  günləri iş günü olmayacaq.

Namizədə tələblər:

  • Kommersiya təkliflərinin təqdim olunması zamanı bazar araşdırılması edərək rəqiblərin qiymət siyasətlərini təqib etməli , müxtəlif materialların və işlərin qiymətləndirilməsi zamanı yerli və xarici təchizatçılarla biznes əlaqələri yaradıb təkliflərin qiymətləndirliməsini yerinə yetirməlidir ;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı Müqavilələri və digər sənədləri tərtib etməyi bacarmalıdır;
  • HVAC ( isitmə, soyutma və havalandırma ) sistemlərində istifadə olunacaq avadanlıq və  materiallar haqqında dərin , peşəkar bilik və məlumatlara sahib  olmaqla yanaşı 3 illik iş təcrübəsi olmalıdır ;
  • Exell , Word , 1C  proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;
  • AutoCad  proqramını başlanğıc səviyyədə bilməli , Sifarişçilər tərəfindən göndərilmiş layihə sənədlərindən anlayışı olmalı və şirkətin mühəndisləri ilə təmasda olmalıdır  ;
  • Ali təhsilli , məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək .
  • Rus və İngilis dillərində bilikləri olan namizədlərə  də xüsusi üstünlük veriləcək .
  • 25-40 yaş həddində olmalıdır ;

CV lər   office@newcond.az  və iazimov@newcond.az  emaillərinə  göndərilməlidir .

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı