Laboratoriya və keyfiyyətə nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZBADAM MMC Laboratoriya və keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir:

  • Məhsulun ümumi keyfiyyət göstəricilərinin (nəmliyi, zədələnmə, yarasız məhsul və s.) standart normalara uyğunluğunun yoxlanılması üçün daxili laboratoriyada lazımı analizlərin aparılması və məlumatların toplanması;
  • Texnolji proseslər (nəmlənmə, çesidləmə, qurutma) zamanı məhsulun keyfiyyət göstəricilərinə nəzarət edilməsi;
  • Xammalın qəbulu zamanı məhsulun keyfiyyət göstəricilərinə nəzarət edilməsi;
  • Əhəmiyyətli mikrobioloji və kimyəvi analizlərin podratçı təşkilatlar tərəfindən aparılmasının təşkil edilməsi;
  • Müəssisədə keyfiyyət idarəetmə sisteminin fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin edilməsi, sistemə uyğun sənədlərin işlək vəziyyətdə saxlanılması;
  • Müəssisənin fəaliyyətinə uyğun olaraq beynəlxalq və yerli sertifikasiya/standartlaşma sisteminin tələblərinə uyğun olaraq müvafiq sertifikatların əldə edilməsi və saxlanılmasının prosesində iştirak etmək;
  • Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), laboratoriya işlərinə, çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların proseslərin qarşısını almaq üçün işlərin idarə edilməsi;
  • Risk qiymətləndirilməsinin aparılması, cari risklərin dəyərləndirilməsi, gələcək risklərin müəyyən edilməsi;
  • Risklərin aradan qaldırılması üçün təkliflərin hazırlanıb rəhbərliyə təqdim edilməsi;

Tələblər:

  • Ali təhsil
  • Müvafiq vəzifə üzrə minimum 1 il iş staji (Kənd təsərrüfatı sahəsində olması üstünlükdür)
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
  • ISO 22000:2018, FSSC 22000  və ya digər sertfikasiyalar üzrə bilik üstünlükdür.
  • İngilis dil biliyi üstünlükdür.
  • İş yeri Türkan qəsəbəsində yerləşir.
  • Nahar və nəqliyyat ilə təmin olunur.

Müraciət üçün linkə daxil olun: https://qlor.me/l96oepsh

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı