Laborant
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FORTİS GROUP MMC Laborant vakansiyası elan edir.

Namizədə tələblər:

  • Yaş həddi 25-45 (Bəy namizədlərə üstünlük verilir);
  • Texniki sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə iş təcrübəsi (arzuolunandır);
  • Fəal və ünsiyyət yaratmaq bacarığı olmalı;
  • Diqqətli və məsuliyyətli olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Laboratoriyada aparılan müntəzəm test və analizlərə aid nümunələri kimyəvi analizlər üçün hazırlamaq.
  • Laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirmək.
  • Xammal (əhəng daşı, gil, marn), köməkçi maddə (dəmir filizi, boksit və s.), qatqı maddələri (gips daşı, vulkan külü, tras, tuf, uçucu kül və s.) üçün keyfiyyət planlarında göstərilən kimyəvi analizləri aparmaq və qeydlər götürmək.
  • Zavod daxilindən və ya xaricindən gələn nümunələrdə istənilən kimyəvi analizləri aparmaq və qeydə almaq.
  • Analiz nəticələrini müvafiq qeyd yerlərinə sağlam bir şəkildə qeyd etmək, nəticələr barədə hesabat vermək və rəhbərinə bildirmək və qeydlərin mühafizə və gizliliyini təmin etmək.
  • Kimyəvi təhlillərdə istifadə edilən bütün məhlulları standardlara uyğun hazırlamaq, faktor təsbiti aparmaq və məhlulları təzə və hər zaman istifadəyə hazır olmasını təmin etmək.
  • Laboratoriya avadanlıqları, cihaz və qurğularının təmiz və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək, onları sınaqlara hazırlamaq;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Laborant ” yazaraq laboratory@fortisgroup.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı