Qısa məzmun
Naxçıvanbank ASC Kreditlərə nəzarət üzrə mütəxəssis (Baş ofis) vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/le70kjej
Təsvir
- Ölkənin stabil inkişaf tempinə malik banklarından olan “Naxçıvanbank” ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır.
- Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
- 1. Qayda və protokol əsasında gündəlik verilən kreditlərə nəzarət etmək;
- 2. Verilən kreditlərlə bağlı qayda üzrə kənarlaşma müəyyən etdikdə müvafiq filial əməkdaşından izahat almaq, struktur bölmsinin kuratoruna məlumat vermək;
- 3. Sistemdə səhvlərin və çatışmazlıqların aradan qaldırılmasına dair təkliflərini vermək;
- 4. Gündəlik ödənişlərə nəzarət etmək;
- 5. Müştəri müraciətlərini, ərizələrini və şikayətlərini araşdıraraq cavablandırmaq;
- 6. Aylıq əsasda Sığorta və Qiymətləndirmənin Hesabatını aparmaq;
- 7. MXD və Filialdan daxil olmuş girovla bağlı məsələləri Elektron İmza vasitəsilə ipoteka yüklülüklərini etmək, yüklülükdən azad etmək;
- 8. Portfelin vəziyyəti barədə struktur rəhbərinə hər 15 gündən bir hesabat hazırlamaq;
- 9. Təlimatlardan irəli gələn məsələlər üzrə müvafiq komitə (İKK, OKK, BKK) protokollarını tərtib edilməsinə nəzarət etmək;
- 10. Qətnaməsi qətt edilmiş müqavilələr üzrə hesablanan illik faizlərin dayandırılmasını təmin etmək məqsədi ilə hesabat hazırlamaq;
- 11. Rübdə bir dəfə bankda çalışan kredit əməkdaşlarının MKR sorğusunu çıxararaq baxmaq;
- 12. Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatıv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək.
- 13. Bir filialın müştərisinə digər filial tərəfindən kredit verilməməsinə nəzarət etmək;
- 14. Müştəri xidməti strukturları tərəfindən təsdiq edilən kreditlərin bankdaxili proqrama tam məlumatlarla daxil edilməsinə nəzarət etmək;
- 15. Kredit məbləğinin məhsulun maksimal və minimal limitinə və filialın maksimal limitinə uyğun olmasını yoxlamaq;
- 16. Riteyl və ya biznes kreditlər üzrə sənədlərin kredit qovluğuna yerləşdirilməsinin, saxlanılmasının və toxunulmazlığının təmin edilməsinə nəzarət etmək;
- 17. Kreditlər üzrə sənədləri vaxtı-vaxtında (qaydara uyğun olaraq) problemli kreditlərlə işləyən strukturlara təqdim etmək.
Tələblər
- Ali İqtisadi/riyazi təhsil
- İstehlak və biznes kreditlərinin verilməsində və ya təhlili sahəsində minimum 3 il iş təcrübəsi;
- Analitik düşüncə qabiliyyəti
- MS office proqramları ilə yaxşı işləmə bacarığı
- Kommunikasiya qurmaq bacarığı;
- Problemləri həll etmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...