Mühəndis-konstruktor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Titan group Mühəndis-konstruktor vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Soyuducu qurğuların istehsalı üçün komponentlərin hesablanması və seçilməsi;
  • Soyuducu qurğuların (aqreqatların, mərkəzi sistemlərin, monoblokların və s.) layihələndirilməsi: 3D modelləşdirmə;
  • İstehsal üçün texniki sənədlərin hazırlanması;
  • Layihələndirilmiş məmulatın istehsalının bütün mərhələlərində müşayiəti: korpusunun hazırlanması, onun soyutma və elektrik komponentləri ilə aqreqatlaşdırılması;
  • Layihələndirilmiş qurğuların kəsim detal və detal hissələrə bölünməsi;
  • ERP programında kəsim detalların və detal hissələrin kodlaşdırılması;
  • Normativ sənədlərin tərtib olunması;
  • Müvafiq şöbədən daxil olan tapşırıqların yerinə yetirilməsi;
  • Həftəlik hesabatların hazırlanması və müvafiq şöbəyə təqdim edilməsi.

Namizədə tələblər:

  • Mexanika mühəndisliyi, Sənayə mühəndisliyi və Maşın mühəndisliyi elmləri sahəsində ali təhsil;
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook);
  • AutoCAD və Solidworks proqramında sərbəst işləmə bacarığı, Ansys və Fusion 360 proqramları üzrə işləmə bacarığı arzuolunandır;
  • Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
  • Sheet metaldan hazırlanmış gövdə məhsullarının 3D layihələndirilməsi üzrə iş təcrübəsi;
  • Profil metaldan hazırlanmış qaynadılmış metal konstruksiyaların 3D layihələndirilməsi üzrə iş təcrübəsi;
  • Soyuducu maşınların işləmə prinsiplərini və quruluşunu bilmək;
  • Azərbaycan və İngilis dili biliyi (yazılı və şifahi sərbəst ünsiyyət), Rus dili arzuolunandır;
  • Güclü analitik təhlil qabiliyyətinə və riyazi düşüncəyə malik olması;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;

İş qrafiki:

  • 09:00-18:00; (Bazar ertəsi – Cümə)
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
  • Uyğun olan namizədlər öz CV-lərini mövzu hissəsində “Sənayə soyutma sahəsi üzrə Mühəndis-konstruktor” qeyd etməklə hr@titan.az mailinə  göndərə bilərlər.
  • Ünvan: Y.Səfərov k., 1A/2, Bakı, Azərbaycan.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı