Kiçik mexanik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Kiçik mexanik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst danışıq olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Bütün mexaniki və havalandırma sisteminin (qurğu və avadanlıqların) işə salınması və texniki baxışdan keçirilməsi, eləcə də digər bütün mühəndis işlərini həyata keçirir.
  • Mövcud mənbələrə əsasən hər həftə anbarları ziyarət edir, baş mexanikə məsləhətlər verərək yardım edir və texniki xidmətin vaxtlı-vaxtında və texniki cəhətdən səmərəli şəkildə yerinə yetirilməsini təmin edir.
  • Müəssisə meneceri səlahiyyət verdikdə təkmilləşdirmə və yeniliklə bağlı bütün xırda işləri icra edir.
  • Ehtiyat hissələr və istehlak materiallarının müvafiq vaxtda və ehtiyat hissələrinin yüksək qiymətlərini nəzərə almaqla tələb edilməsini təmin edir.
  • Müntəzəm olaraq kadrların qiymətləndirilməsini aparır və lazımi tövsiyələr verir.
  • Müəssisənin standartlarını təkmilləşdirmək məqsədilə daim səy göstərir.
  • Avadanlığın nasazlığını araşdıraraq xətalı fəaliyyətlə bağlı diaqnoz qoyur; müştəriyə lazımi tövsiyələr verir.
  • Layihənin icrası zamanı konstruktiv dəyişikliklərə nəzarət edir
  • Alt sistemin fəaliyyəti və onunla bağlı dəyişiklik və ya yeniləmə tələblərini qiymətləndirmək üçün müəssisə rəhbərliyinə əhatəli texniki hesabat verir.
  • Müştərilər, podratçılar, memarlar və layihə komandasının digər üzvləri ilə olan bütün qarşılıqlı əlaqələrdə şirkətin təmsil edilməsi ilə bağlı məsuliyyət daşıyır.
  • Qurğulara texniki xidmət göstərilməsi üzrə məsul heyətin işlərini planlaşdırır, növbələşdirir, vəzifə tapşırıqları verir, nəzarət edir, yoxlayır və iş prosesində iştirak edir.
  • Qurğulara texniki baxış xidmətlərinin göstərilməsi üçün qrafiklər və metodlar hazırlayır; vəsait ehtiyaclarını müəyyənləşdirir; müvafiq rəhbər heyətlə birlikdə ehtiyacarı gözdən keçirir; lazımi vəsaiti ayırır.
  • Mühəndis qurğularının, infrastrukturun və müəssisə avadanlıqlarının quraşdırılması, yoxlanması, təmiri, problemlərin aradan qaldırılması və gündəlik texniki baxışdan keçirilməsinə nəzarət edir.
  • Bütün obyekt və avadanlıqlar üçün qabaqlayıcı texniki xidmət və təhlükəsizlik yoxlanışları proqramları hazırlayır və tətbiq edir.
  • Mühəndis qurğuları və obyektlərin ətraf mühit, sağlamlıq və təhlükəsizlik siyasətinə müvafiq qaydada saxlanılmasına görə məsuliyyət daşıyır.
  • Podrat xidmətlərinin təmin olunması üçün podratçılarla koordinasiya yaradır.
  • Sualları cavablandırır və cəmiyyəti məlumatlandırır; şikayətləri araşdırır və onları həlli üçün lazım gəldikdə islahedici tədbirlər görülməsi ilə bağlı tövsiyələr verir. Şikayətlər qeyd olunur və anbarların inkişaf etdirilməsi üzrə Müəssisə Menecerinə həftəlik qaydada hesabat verilir.
  • Lazım gəldikdə müvafiq vəzifələri yerinə yetirir.

Vəzifənin tələbləri:

  • Azərbaycan dilində sərbəst danışıq
  • Əsas mexaniki və/və ya elektromexanika texnologiyası sahəsində bilik
  • Ümumi əl aləti və/və ya mexaniki emalatxana sahəsində bilik
  • Aşağıdakı sahələrdən istənilən birində başlanğıc texniki bilik və bacarıq: istehsal, yığım, emal, qaynaq, quraşdırma, qurulma, əməliyyat, test, yoxlama, nasazlığın aradan qaldırılması bacarığı
  • Standart əl və mexaniki alətlərin istifadəsində müəyyən təcrübə
  • Mexanika sahəsi üzrə bakalavr dərəcəsi
  • Elektrik sxemlərini, qrafikləri, diaqramları və cizgi kağızlarını oxumaq bacarığı
  • Elektrik naqillərini rənginə görə müəyyən etmək bacarığı
  • Operativ nəzarət və tənqidi düşüncə bacarığı

Necə müraciət etmək olar

1. Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
2. CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı