Kiçik Elektrik mühəndisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Kiçik Elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Düzgün iş prosesini inkişaf etdirmə bacarığı olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Dizayn, təhlükəsizlik, etibarlılıq və səmərəliliyin inkişaf etdirilməsi məqsədilə fəaliyyətlə bağlı təkmilləşdirmələrin araşdırılması üzrə texniki ekspertiza təşkil etmək;
  • Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlaya biləcək şəxsi keyfiyyətə malik olmaq;
  • Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
  • Əməliyyat və istismar xərclərinin azaldılması və istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
  • Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Müəssisə daxili maliyyə smetasının qiymətləndirilməsi; layihələr üzərində kodların və zona bölgüsünün təsiri; xərclərin optimallaşdırılması; Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət; sistematik konstruktivlik icmalı; istismar müddətinin təhlili də daxil olmaqla elektrik sisteminin seçilməsi; elektrik sistemi tənzimləyicisi seçimlərinin təhlili və sistemlə bağlı tövsiyyələr vermək;
  • Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
  • Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
  • Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
  • Müştərilər, podratçılar, memarlar, və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
  • Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
  • Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq; resurs tələbatlarını müəyyənləşdirmək; müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək; resursları müvafiq qaydada bölüşdürmək;
  • Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların, və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək.
  • Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
  • Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
  • Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
  • Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq; Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
  • Şikayətləri qeyd etmək və onlar barədə SD Müəssisə Menecerinə həftəlik hesabat vermək.

Vəzifənin tələbləri:

  • Obyektlərin idarə olunması, tikinti və ya oxşar vəzifə ilə bağlı 0-3 illik iş təcrübəsi;
  • Bakalavr dərəcəsi;
  • Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət və işləmək bacarığı, gülərüz, həvəsli;
  • Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
  • Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
  • Mükəmməl təqdimat bacarığı;
  • Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
  • Sınaqdan keçirilən şəxslərarası, şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Vaxtını düzgün idarə edilməsi;
  • İ.T.üzrə lazımi biliklər.
  • Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı və istəyi;
  • Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.

Necə müraciət etmək olar

  • Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
  • CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı