Kiçik Agile Kouç
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Pasha Bank şirkəti Kiçik Agile Kouç vəzifəsi üzrə vakansiya elan edir. Güclü ünsiyyət və öyrətmə bacarıqları olmalıdır.

İşiniz nədən ibarətdir?

  • Komanda daxilində şəffaf və uyğunlaşan komanda mədəniyyətinin aşılanması;
  • Məhsul sahibləri və komanda arasında əməkdaşlığın qurulmasına dəstək göstərilməsi;
  • Komandanın inkişafı istiqamətində maneələrin aradan qaldırılması;
  • “Scrum” üzrə proseslərin, qərar qəbul edilməsinin planlaşdırılması;
  • Komanda performansına nəzarət və inkişafına tam dəstək;
  • Komandanın iş yükünün planlaşdırılması və idarəedilməsi üçün “agile” metodologiyadan istifadə;
  • Planlaşdırma və idarəçilik kimi proseslərdə məhsul sahibinə tam dəstəyin göstərilməsi;
  • Korporativ mədəniyyətə uyğunlaşma üzrə və ya logistik problemlər kimi maneələrin aradan qaldırılmasına dəstək;
  • Bütün komanda üzvləri arasında və komanda xaricində ünsiyyət və əməkdaşlığın gücləndirilməsi;
  • Komanda və təşkilatın bütün səviyyələrində ‘agile’ prinsip və təcrübəsinin tətbiqi;
  • Komanda daxilində özünüinkişaf və komandanın böyüməsinin təmin edilməsi;
  • Müzakirələr, məşqçilik və digər müvafiq təlimlər vasitəsilə komandaya ‘agile’ yanaşmasının tətbiqi;
  • Komanda üzvlərinin effektiv işləməsi üçün tədbirlərin keçirilməsinin asanlaşdırılması, planlaşdırılması və retrospektiv yanaşmanın tətbiqi.

Sizdən nə tələb olunur?

  • Təcrübə: ‘Agile’ idarəetmə, ‘agile’ inkişaf, ‘scrum master’ və ya ya müvafiq  sahədə 3 il
  • Xarici dil: Orta səviyyədə ingilis dili
  • Biliklər: ‘Agile’ metodologiyasının biznesə tətbiqi üzrə biliklər
  • Digər: Güclü ünsiyyət və öyrətmə bacarıqları
  • Komandada stresli və mübahisəli halların öncədən təxmin edilməsi və idarəsi
  • ‘Mentor’, təlimçi və ya ‘coach’ bacarıqları

Üstünlük verilir: Məhsul sahibi və ya layihələrin idarəedilməsi sahəsində təcrübə

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda  ‘Kiçik Agile Kouç” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı