Keyfiyyətə nəzarət mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Araz Supermarket Keyfiyyətə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Qida mühəndisliyi üzrə biliklər olmalıdır.

Vəzifə öhdəlikləri:

  • Təchiz edilən cəmdəklərin və digər hissələrinin giriş nəzarətini həyata keçirmək: baytarlıq sənədlərinin və digər müşayiətedici sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, cəmdəklərin orqanoleptik göstəricilərinin, pH-nın, temperaturunun yoxlanılmasını həyata keçirmək;
  • Keyfiyyət və təhlükəsizlik planını işləyib hazırlamaq;
  • Keyfiyyət və təhlükəsizlik planına uyğun laborator analizin aparılması üçün nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
  • Cəmdəklər və digər hissələr daşınan nəqliyyat vasitələrinin sanitar vəziyyətini, daşınma tələblərinə uyğunluğunu yoxlamaq;
  • Cəmdəklərin və və digər hissələrin düzgün anbarlanmasına və müvafiq şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq və məhsulun geri qaytarılmasını təmin etmək, birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
  • Keyfiyyət və təhlükəsizlik planına uyğun yoxlamaları həyata keçirmək, müvafiq qeydləri aparmaq;
  • Anbarların sanitar gigiyenik `normalara uyğunluğunu yoxlamaq, temperatur, nisbi rütubət kontrolunu aparmaq;
  • Emal edilmiş məhsulun düzgün qablaşdırılmasına, markalanmasına nəzarət etmək;
  • Hazır məhsulun daşınması üçün baytar-sanitariya ekspertizasına dair baytarlıq sənədlərinin mövcudluğunu təmin etmək.

Tələblər:

  • Ali texniki təhsil;
  • Ət istehsalı sahəsində keyfiyyətə nəzarət üzrə ən azı 1 il iş təcrübəsi;
  • Xarici dil bilikləri (rus dili, ingilis dili) üstünlükdür;
  • AR-nın “Baytarlıq” haqqında Qanununu, AR Nazirlər Kabineti «Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, idxal-ixrac edilən heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq (baytarlıq-sanitariya) vəziyyətinin yoxlanılması və müvafiq baytarlıq sənədinin verilməsi, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları»nın təsdiq edilməsi haqqında Qərarı, ISO 9001 və FSSC 22000/ISO 22000 üzrə standartları bilməli;
  • Yüksək səviyyədə MS Office bilikləri;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Komandada işləmə, ünsiyyət bacarıqlarının olması;

 

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyən namizədlər “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis (Ət məhsulları)” adını mövzu hissədə qeyd etməklə CV formalarını elcin.ekberov@veyseloglu.az və zaur.mahmudov@retail.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı