Keyfiyyətə nəzarət üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alyans Tekstil Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Geyim sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
  • Geyim prosesini başa düşmək, qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
  • Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
  • Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
  • Normal təftiş və nəzarət tədbirlərini həyata keçirmək;
  • Fərdi fəaliyyət planı tərtib etmək;
  • Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatlar hazırlamaq;
  • Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
  • Təlimatları çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək;
  • Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
  • Bazarı bilmək, ideya vermək, satış üçün nümunələr yaratmaq
  • Təqdimatlar hazırlamaq və kolleksiyaların nümayişini təşkil etmək
  • İdeyadan icraya qədər geyim nümunələrini, istehsala tətbiq və izah etmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə iş təcrübəsi
  • Tikiş proseslərini bilmək
  • Tikiş materiallarının, ləvazimat və furniturların tərkibləri və xüsusiyyətlərini, növlərini tanımaq
  • Geyim kataloqları ilə işləmək, modaları təhlil etmək
  • Dizaynla bağlı zəruri kompüter proqramlarını bilmək
  • Yaradıcı və həll yönümlü yanaşmalar göstərmək.

İş şərtləri:

  • İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
  • İş rejimi: 5 günlük, iş saatı: 08:30-17:30
  • Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.

Uyğun namizədlərin CV-lərini mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə menecer” yazmaqla sevda.nazarova@alyans.az elektron ünvanına göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı