Keyfiyyətə nəzarət şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AAC MMC Keyfiyyətə nəzarət şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

  • Gün әrzindә Keyfiyyәtә Nәzarәt hesabatlarına vә keyfiyyәtә tәsir edәcәk istehsalat hesabatlarına nәzarәt edir
  • Keyfiyyәtә Nәzarәt mühәndisinin hazırladığı hesabata әsasәn zavod direktorunun qoyduğu günlük planı dәyәrlәndirir
  • Zavod direktoru tәrәfindәn verilәn günlük qәrarların işçi heyәtinә bildirilmәsi vә optimum nәticәnin alınmasını tәmin edir
  • Mәhsul haqqında yazılmış uyğunsuzluqların ana sәbәblәrini araşdırır vә әlaqәdar bölmәyә mәhsul haqqında uyğunsuzluq vә düzәldici önlәyici hesabatların yazılmasını tәmin edir
  • Standart vә şәrtnamә әsasında hazırlanan İTP vә Keyfiyyәt planlarının yoxlayır vә tәsdiqlәyir
  • Satınalma tәrәfindәn göndәrilәn mәhsul keyfiyyәtinә tәsir edәcәk xammal vә materialların sertifikatlarını yoxlayır
  • Keyfiyyәtә Nәzarәt şöbәsinә aid olan cihaz vә avadanlıqlarda yaranmış xәta vә nasazlıqların aradan qaldırılması, lazımi sәrf materialları ilә tәmin olunması üçün tәdbirlәr hәyata keçirir
  • Müştәri tәrәfindәn gәlәn tәlәblәrin yerinә yetirilmәsini tәmin edir, mәhsul haqqında istәnilәn bilginin müştәriyә verilmәsini tәmin edir, mәhsul keyfiyyәti ilә bağlı müştәrilәrin irad vә tәkliflәrini dәyәrlәndirir
  • Şöbә işçilәrinin tәlim ehtiyaclarını müәyyәnlәşdirir, bilik vә bacarıqlarının artırılması üçün lazımi materiallarla tәmin edir
  • Mәhsulun vә işin keyfiyyәtinin yüksәldilmәsi üçün daim araşdırma aparır, yeni texnologiyaları öyrәnir vә zavodun işindә tәtbiq edәrәk daha yüksәk keyfiyyәtli mәhsul әldә edilmәsini tәmin edir
  • Şöbә işçilәri tәrәfindәn gündәlik verilәn mәlumatlar әsasında ümumi prosseslәri dәyәrlәndirir vә uyğun qәrarlar qәbul edir
  • Şöbәlәrdәn gәlәn keyfiyyәtlә әlaqәdar sualların vә tәkliflәrin dәyәrlәndirilmәsini hәyata keçirir
  • Zavod direktoru tәrәfindәn verilәn yeni müştәri vә araşdırma tapşırıqlarını yerinә yetirir
  • Laboratoriyada olan ümumi test nәticәlәrinә nәzarәt edir vә test nәticәlәrini tәsdiqlәyir
  • Test sonrası laboratoriya aktlarının tәsdiqlәnәrәk son halının müştәriyә göndәrilmәsini tәmin edir
  • Gündәlik olaraq keyfiyyәt standartlarından dünya praktikasından araşdırmalar edәrәk daha mükәmmәl mәhsul vә xidmәt göstәrilmәsi istiqamәtindә çalışmalar aparır

Namizədə tələblər:

  • Ali təhsil (aidiyyəti sahə üzrə təhsil arzuolunandır);
  • Komandada işləmək bacarığı.
  • İstehsalat keyfiyyətə nəzarət üzrə ən azı 3 illik idarəetmə təcrübəsi;
  • Texniki ingilis dili biliyi, rus dili arzuolunandır;
  • Beton sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • MS Office (Excell, Word,Uyumsoft) kompüter proqramlarını bilmək.
  • Sertifikatlar : Sertfikatı olanlara üstünlük veriləcək

İş yerinin şərtləri:

  • Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
  • Cinsi-kişi
  • İş yeri: Qaradağ ray, Səngəçal qəs.
  • Iş rejimi 5 günlük/ saat (08:00-17:00)

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı