Keyfiyyətə nəzarət üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alco MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (bakalavr);
  • İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartlarının şərtlərini bilmək, bu sahədə təlim almış olmaq və sertifikatların olması arzuolunandır;
  • Müvafiq sahə üzrə iş stajına malik olmaq;
  • İşçi sağlamlığı, sanitariya və ekologiyanın mühafizəsi tədbirlərini bilmək;
  • Araşdırma və analizetmə bacarığının mövcudluğu;
  • MS Office (Word, Excel) proqramlarının istifadəsini bacarmaq;
  • Azərbaycan, Rus və ya İnglis dillərini sərbəst bilmək.

Vəzifə funksiyaları:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi;
  • Laboratoriya qurğularında ortaya çıxan problemlərin həll edilməsi;
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi;
  • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması;
  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili;
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Şirkətdaxili intizam qaydalarına əməl edilməsi.

İş yeri: Sumqayıt Kimya Sənaye Parkı ərazisi, AMINOL sürtkü yağları zavodu

Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.

Nahar şirkət tərəfindən təmin olunur.

Növbəli iş rejimi.

CV-lərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı