Keyfiyyətə nəzarət Meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Keyfiyyətə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Qida mühəndisliyi üzrə biliklər olmalıdır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Məhsullarının Keyfiyyət kriteriyalarının müəyyənləşdirilməsi və müvafiq strukturlarla paylaşılması;
  • Məhsulların keyfiyyət stabilliyinin qorunmasını təmin etmək, bunun üçün mexanizm, proses və prosedurlar hazırlanmaq;
  • Məhsul keyfiyyət auditlərinin həyat keçirilməsini təmin etmək (tədarükçü istehsal prosesi auditi, xammal keyfiyyət auditi, hazır məhsul keyfiyyət auditi);
  • Keyfiyyət idarəedilməsi sistemində baş verən və verə biləcək risklərin təhlil edilməsi, müvafiq iş planlarının hazırlanması;
  • Məhsullar üzrə keyfiyyətə nəzarət hesabatlılıq sisteminin qurulması, keyfiyyət yayınmalarının vaxtında müəyyənləşdirərək tədbirlər görülməsi;
  • Mərkəz Keyfiyyətə Nəzarət Departamenti ilə sıx işləyərək məhsulların beynəlxalq keyfiyyət standartlarına, ölkə qanunvericiliyinə və marka standartları tələblərinə uyğunluğunu təmin etmək;
  • Tədarükçü seçimi zamanı müvafiq keyfiyyət auditinin həyata keçirilməsi və rəy bildirilməsi;
  • Məhsul Araşdırma və İnkişaf strukturu ilə yaxından işləyərək, yaradılan məhsulları uzun müddətli keyfiyyət tələblərinə cavab verməsini təmin etmək;

Tələblər:

  • İstehsal müəssisələrində təcrübəyə malik olmalı;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
  • MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı;
  • Sərbəst işləmək bacarığı olmalı;
  • Xarici və ölkədaxili ezamiyyətə gedə bilməli;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: recruitment@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət Meneceri” yazaraq CV göndərməklə müraciət edilir

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı