Karyera mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Design Academy Karyera mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

2018-ci ildə təsis olunan Bakı Dizayn Akademiyası dizayn sahəsinin müxtəlif istiqamətləri üzrə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Akademiyada dizayn sahəsinin UX&UI, Qrafik dizayn, İnteryer Dizayn, Animasiya Dizaynı, 3D dizayn və Graphic Art Direction ixtisasları tədris olunur.
Bakı Dizayn Akademiyası 2021-ci ildən etibarən eyni zamanda ABŞ-ın Adobe və Autodesk şirkətlərinin Azərbaycanda rəsmi təmsilçisidir. Partnyorluq çərçivəsində Akademiya Adobe və Autodesk şirkətlərinin Azərbaycandakı yeganə imtahan və sertifikasiya mərkəzi kimi də fəaliyyət göstərir.

Tələblər:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: 1-3 il;
  • Yaş həddi: 25 – 35;
  • Dil bilgisi: İngilis dili (orta səviyyədə);
  • MS Office proqramları (yüksək səviyyədə);
  • Öz müştəri bazasının mövcud olması – arzu olunandır;
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək, şifahi nitq qabiliyyəti olmalı;
  • Aktiv, yenilikçi, kreativ, gülərüz, pozitiv, xoş görünüşlü, punktual, işinə və özünə qarşı tələbkar, məsuliyyətli, komandada ilə işləmə bacarığı olmalı.

Vəzifələr:

  •  Tələbələrə təlimlərin keçirilməsi (düzgün CV necə hazırlanmalı və müsahibə zamanı özünü təqdim etmə bacarığı);
  • Şirkətlərə tələbələr haqqında təqdimatların keçirilməsi və təkliflərin verilməsi;
  • Tələbələrin işlə təmin olunmasında potensial işəgötürənlərlə LinkedIn, e-mail, telefonla əlaqələrin yaradılması;
  • Mütəmadi yeni işəgötürənlərin tapılması istiqamətində media kanalları üzərindən potensial işəgötürən axtarışı;
  • Ehtiyac yarandıqda mövcud bazadan müəllim və tyutorların seçilməsi;
  • İşgüzar görüşlərdə, team-building, networking tədbirlərində iştirak;

İş şəraiti:

  • AR əmək məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki: bazar ertəsi – cümə; iş saatı: 10:00 – 18:00;
  • Müraciət etmək istəyən namizədlər CV-lərini vakansiya@samadovlaw.com mail ünvanına mövzu hissəsinə “Karyera mütəxəssisi” qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı