Kargüzar (Qeydiyyat üzrə mütəxəssis)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Kargüzar (Qeydiyyat üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzə daxil olan sənədləri qəbul etmək, qeydyyata almaq, aidiyyatı üzrə çatdırılmasını və cavablandırılmasını təmin etmək;
  • Mərkəzdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına cari nəzarət və müəyyən olunmuş qaydada arxivləşməni həyata keçirmək;
  • Daxil olan sənədlərin, məktubların, vətəndaşların ərizə və şikayətlərini, təkliflərin icrası olunduqdan sonra sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
  • Xaric olan sənədlərin aidiyyatı üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək;
  • Vətəndaşların qəbulunu təşkil etmək, müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Mərkəzə müraciət edən tələbə və müdavimlərin müvafiq qeydiyyatının aparılması;
  • Qeydiyyat jurnallarının tərtib edilməsi;

Bilməlidir:

  • Azərbaycan Respublikasının Əmək məcəlləsi
  • “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu
  • “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”;
  • “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”;
  • “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”
  • Əməyin təşkilinin əsaslarını;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il əmək stajı;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “Kargüzar (Qeydiyyat üzrə mütəxəssis)” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı