Kargüzar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500 -600 AZN. Global Management Kargüzar vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Rəhbərlik və digər əməkdaşlar tərəfindən işlə bağlı tələb olunan sənədlərin çap, scan olunmasını, həmçinin, nüsxəsinin çıxarılmasını yerinə yetirmək;
  • Şirkətin hazırda icrası davam edən və keçmişdə icrası bitmiş layihələrlə bağlı bütün sənədləri (elektron və kağız) bir mərkəzdə toplamaq, layihələr üzrə və mahiyyəti üzrə çeşidləmək, hər birinin özünə aid olan qovluqda saxlanılmasını təşkil etmək;
  • Bütün sənədlərin həm elektron, həm də kağız nüsxəsinin saxlanmasını təmin etmək;
  • Sənədlərin elektron nüsxələrinin vaxtaşırı təyin edilmiş elektron bazada arxivləşdirilməsini həyata keçirmək;
  • Sənədlərin ümumi jurnalda və paralel olaraq elektron siyahıda qeydiyyatını aparmaq, ardıcıllıqla nömrələmək;
  • Rəhbərlik tərəfindən tapşırılmış və izlənməsi kargüzara həvalə olunmuş işlərin vaxtında icrasını əməkdaşlara xatırlatmaq;
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların əməkdaşlara ötürülməsini şifahi olmaqla paralel yazılı formada da icra etmək;
  • Ümumi işlə bağlı rəhbərlik tərəfindən tələb olunan digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
  • Məktubların yazılması . Göndərilməsi . Qeydiyyat aparılması .

Namizədə bağlı tələblər:

  • Dil biliyi: Azərbaycan dili və Rus dili – yüksək səviyyədə, İngilis dili – arzuolunandır:
  • Azərbaycan dilində mükəmməl, səlis yazılı və şifahi bilməli;
  • MS Office (Excel, Word, PowerPoint) proqramlarını  tam sərbəst bilməli;
  • Ofis avadanlıqları ilə tam sərbəst işləmək (printer, scan);
  • Gözəl danışıq qabiliyyəti, işində səliqəli, məsuliyyətli və dəqiq;
  • Peşəkar xoş xarici görünüş, koorporativ etikanı bilməli;
  • Yalnız xanım namizəd tələb olunur;
  • Minimum 1 il iş təcrübəsi olmalı:

İş şəraiti:

  • İş qrafiki:  5 günlük iş qrafiki.
  • Ünvan: Winter Park Plaza (Bakı şəhəri Rəsul Rza 75 A)

Namizədlərdən “Kargüzar ” yazaraq  CV-lərini göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı