Kadrlar üzrə baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200 AZN. İnshaat-İ Kadrlar üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Xanım namizədlərə üstünlük veriləcəkdir.

Tikinti üzrə Kadrlar üzrə baş mütəxəssis:

  • Əmək və xidmət müqavilələrini hazırlamaq və imzalanmasını təmin etmək, əmək müqaviləsi bildirişlərini elektron informasiya sisteminə, kadrlar barədə məlumatları müvafiq elektron sistemə daxil etmək;
  • Qanunvericiliyə müvafiq qaydada işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, mükafatlandırılması, intizam tənbehinin verilməsi və işdən azad edilmələrini rəsmiləşdirmək, habelə müvafiq aktların tərtib edilməsini həyata keçirmək;
  • Təsdiqlənmiş kadr əmrlərinin qeydiyyatını aparmaq, işçilərin şəxsi işlərini (işçilərə aid kadr sənədlərini) formalaşdırmaq;
  • Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasını həyata keçirmək, işçilərə əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələr hazırlamaq
  • İşçilərin sığortalanmasını təşkil etmək və sığorta müddətinin axınına nəzarət etmək, habelə qanunvericiliklə müəyyən olunmuş müddətdə işçilərə sosial sığorta kartının açılması üçün zəruri tədbirlər görmək
  • Məzuniyyətləri və ezamiyyələri rəsmiləşdirmək və siyahıya almaq
    Hesabatları və statistik məlumatları hazırlamaq
  • İşçilərin aylıq işə davamiyyət (tabel) cədvəllərini toplamaq, yoxlamaq və orada qeyd olunan məlumatların müvafiq elektron proqramlara daxil etmək
  • Yeni təyinatlar, vəzifə dəyişiklikləri, qeyri-iş günləri, qısaldılmış iş vaxtları, bayram və işçilərin ad günü təbrikləri, digər zəruri bildirişlər ilə bağlı e-mail məktublar göndərmək
  • İşə qəbul prosesində iştirak etmək, departament müdirinin və aidiyyəti şəxslərin iştirakı ilə namizədlərin müsahibəsini aparmaq və işə qəbul ilə əlaqədar departament müdirinin digər tapşırıqlarını yerinə yetirmək
  • İşçilərin əmək qanunvericiliyinin pozulması ilə əlaqədar olan şikayətlərini (ərizələrini) araşdırmaq, şikayətin səbəbləri müəyyən etmək və onların aradan qaldırılması üçün departament müdirinə təkliflər təqdim etmək
  • İş rejimi : həftə içi 6 gün

Namizədə tələblər:

  • Xanım namizədlərə üstünlük veriləcəkdir
  • Yaş həddi 35-55
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilmək
  • Kadr işinin təşkilini, kargüzarlığın aparılmasını
  • İnsan resurslarına aid elektron proqramlardan istifadə qaydalarını (e-gov, 1C)
  • Ofis proqramları
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
  • Operativ çalışma və məsuliyyətlilik
  • Komanda ilə işləmək bacarığı
  • İşi vaxtında və yüksək keyfiyyətlə tərtib etmək bacarığı
  • Rus və İngilis dilini bilməsi arzuolunandır.

Maraqlanan şəxslər şəkilli CV-lərini E-mail – in mövzü bölməsində “İnsan resursları üzrə mütəxəssis” qeyd edərək erainshaat@gmail.com ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı