Kadr kargüzarlığı üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Baku Electronics Kadr kargüzarlığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
  • MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti (MS Excel yaxşı səviyyədə);
  • Analitik düşüncə və düzgün qərar vermə bacarığı;
  • Kadr kargüzarlığı sahəsində minimum 1 il təcrübəsi olmalıdır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Azərbaycan dilini səlis bilməli, rus və ingilis dillərini bilmək üstünlükdür;

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
  • Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
  • Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
  • İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
  • Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az  elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
  • Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin  sənədləşdirilməsini təmin etmək;
  • Maddi məsuliyyət və  onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
  • Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu  hissəsində “Kadr kargüzarlığı üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı