İstehsalat sahəsini və xidməti otaqları yığışdıran
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azərbaycan DəmirYolları” QSC İstehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət linki: https://career.ady.az/Vacancy/Get?id=4369#vp

Vəzifə öhdəlikləri

  • Vağzal ərazisinin, inzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. təmizliyinin təmin olunması;
  • Tozların alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalçaların süpürülüb silinməsi və yuyulması;
  • Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması;
  • Vannaların, rakovinanın və digər sanitar texniki avadanlıqların təmizlənməsi və dezinfeksiyası;
  • Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydalarına riayət edilməsi.

Namizədə dair tələblər:

  • Otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydaları;
  • Xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşu;
  • Yığışdırma qaydası, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyası və ondan istifadənin təhlükəsizlik qaydası, sanitar-texniki istismar qaydası;

Tələb olunan funksional keyfiyyət meyarları:

Keyfiyyət yönümlülük;
Diqqətlilik;
İntizamlılıq.

 İş qrafiki:

  • Növbəli iş qrafik

Müraciət etmə qaydaları:

Göstərilən tələblərə cavab verən namizədlər 18.10.2023 tarixinədək aşağıda qeyd olunan link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera portalına keçid edərək vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl