İstedadların idarəedilməsi üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC İstedadların idarəedilməsi üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

  • Təşkilat daxilində müxtəlif vəzifələr üçün ixtisaslı namizədləri cəlb edilməsi üçün uyğun mənbələrin müəyyənləşdirir və istedadların işə alınması strategiyasını hazırlayır və həyata keçirilməsinə nəzarət edir;
  • Təşkilatın istedad ehtiyaclarını anlamaq və ən uyğun namizədləri müəyyən etmək üçün müsahibələr və qiymətləndirmələr aparmaq üçün işə qəbul prosesində iştirak edəcək digər  menecerlər ilə əməkdaşlıq edir və təlimatlandırır;
  • İstedad hovuzunu (çərçivəsini) genişləndirmək üçün xarici işə qəbul agentlikləri və digər istedadların cəlb edilməsi mənbələri ilə əlaqələri inkişaf etdirir və idarə edir;
  • İşə qəbul prosesini planlaşdırılması və qəbul olunmuş təşkilat standartlarına əsasən aparılmasını həyata keçirir;
  • Təşkilat daxilində yüksək potensiallı işçiləri müəyyən edir və liderlik rollarına hazırlamaq üçün Davamçıların Planlaşdırma layihəsinin siyasətini və icra prosedurunu hazırlayır və tətbiq edir;
  • Performansın idarə edilməsi və işçilərin işdə saxlanılması strategiyaları daxil olmaqla, istedadın idarə edilməsi siyasət və prosedurlarını inkişaf etdirir və həyata keçirir;
  • Performans İdarəedilməsi Siyasətini əldə edilən geribildirimlər əsasında lazımı dəyişikliklər edir və daimi biznes proseslərini dəstəkləməsi üçün təkliflər hazırlayır və tətbiq edir;
  • Performans İdarəedilməsi Sisteminin addım və mərhələləri ilə bağlı (smart hədəflərin qoyulması, ədalətli qiymətləndirrmə, geribildirim mədəniyyətinin yaradılması) bağlı İR komandasını və müvafiq işçiləri təlimatlandırır;
  • Tabeliyində olan işçilərin performansını izləyir, qiymətləndirir və Motivasiya və inkişaf planlarını birgə müəyyənləşdirir və həyata keçirir;
  • İstedadların idarə edilməsi ilə bağlı HR siyasət və prosedurlarını hazırlayır, razılaşdırır və tətbiq edir;
  • İşçilərin bilik və bacarıqlarını inkişaf elətdirilməsi üçün növbəti ilin Təlim və İnkişaf ehtiyyacları müəyyənləşdirilməsini həyata keçirir;
  • Cəmiyyətin təşkilatı hədəfləri əldə etmək üçün işçilərdə tələb olunan təlim və inkişaf layihələrinin həyata keçirir;
  • Cəmiyyətin təlim ehtiyyaclarının ödənilməsi məqsədi ilə daxili təlimçilərin müəyyənləşdirir, inkişaf elətdirir və onlar üçün motivasiya sistemləri tətbiq edir;
  • Təlim, mentorluq və karyera inkişafı təşəbbüsləri daxil olmaqla, işçilərin bacarıqlarını, biliklərini və performansını artırmaq üçün digər inkişaf proqramları yaradır və icra edir.

Tələblər

  • İnsan resursları sahəsində 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;
  • Əməkdaşların aydın məlumatlandırılması və konsultasiya edilməsinə imkan verən yazılı və şifahi ünsiyyət qabiliyyəti;
  • Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;
  • Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;
  • Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları;
  • Layihələrin idarəedilməsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Ölkədaxili ezamiyyət etmək imkanı.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı