İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Life İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, İşə qəbul və insan resursları əməliyyatları
Vəzifə: İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 08 iyul 2021

Vəzifə Öhdəlikləri:

  • Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək;
  • İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq;
  • Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək;
  • İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək;
  • İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək;
  • Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq;
  • İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək;
  • Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək;
  • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək;
  • Əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi haqqında rəhbərə uyğun təkliflər vermək;
  • Əmək haqqı hesablanılması prosesində iştirak etmək:
  • Mükafat modellərinin hesablanmasında iştirak etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: İnsan resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta.
  • Üstünlüklər: İnsan Resursları üzrə beynəlxalq sertifikat.
  • Kompüter bilikləri: MS Excel:orta, MS Outlook:orta, MS Word:orta, MS Office:orta, MS PowerPoint: ortaFərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Keyfiyyət yönümlülük, Dinamikanı anlamaq

İmtiyazlar:

  • Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
  • Digər məlumatlar:
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
    Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
  • Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı