İşə qəbul mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC şə qəbul mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Peşə bilikləri və bacarıqları olmalıdır.

Şirkət: “Avromed Company” QSC
Vəzifə: İşə qəbul mütəxəssis

Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir. Şirkətin məqsədi Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir. Öz fəaliyyəti dövründə Avromed şirkəti dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə iş birliyi qurmağa nail olmuşdur.

Şirkət “İşə qəbul mütəxəssisi” vəzifəsinə işçi dəvət edir.

İş barədə məlumat:

  • Kadrların seçilməsi, yerləşdirilməsi və uyğunlaşdırılması qaydalarına uyğun olaraq seçim müraciətlərini emal edir;
  • Xarici və ya daxili seçim üçün layihə yaradır;
  • Əmək bazarını, onlayn platformaları tədqiq edir və seçilmiş platformalarda iş elanlarını yerləşdirir;
  • Daxil olan CV-lərin ilkin yoxlamasını və müsahibələrin təşkilini həyata keçirir;
  • Daxili və kənar resurslardan işə qəbul proseslərini təşkil edir;
  • İşə qəbul planının yerinə yetirilməsini təmin edir;
  • Panel müsahibələrini təşkil edir;
  • İşə qəbul çərçivəsində universitetlər və digər təşkilatlarla mümkün əməkdaşlıq barədə qarşılıqlı əlaqə qurur;
  • Seçilmiş namizədlərə iş təkliflərin hazırlanması və işə qəbul üçün tələb olunan sənədlərin toplanmasını təmin edir;
  • Yeni qəbul edilmiş əməkdaşlar üçün adaptasiya prosesinin təşkili və aparılmasını təmin edir;
  • CV bazasının yaradılmasını təmin edir və yeniləyir;
  • İşə qəbul hesabatlarını hazırlayır;
  • İşdən çıxış müsahibələrini aparır.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan – əla, İngilis dili – əla, Rus dili – əla.
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excel və Power Point bilikləri;
  • Peşə bilikləri və bacarıqları:
  • Əsas işə qəbul göstəricilərini anlama bacarığı
  • Personalın uyğunlaşma metodlarına dair biliklər
  • ARƏM və işçilərin qeydiyyata alınmasını tənzimləyən normativ sənədlər haqqında biliklər
  • Peşəkar məsuliyyət
  • Özünü inkişaf bacarığı
  • Peşəkar ünsiyyət bacarığı

Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 13.05.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “İşə qəbul mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı