İnsan resurslarının idarə edilməsi üzrə menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ATA PACK MMC İnsan resurslarının idarə edilməsi üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Əmək məcəlləsinə uyğun sənədləşmə

İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Parkı

Nahar yeməyi və servis (Koroğlu m/s) şirkət tərəfindən qarşılanır.

Əmək haqqı: Müsahibə əsasında

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • AR Əmək qanunvericiliyi bilikləri;
  • İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • İşəqəbul prosesi qaydaları haqqında biliklər;
  • Elektron Hökumət Portalı  proqramı ilə işləmə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində professional danışma, oxuma və yazma bacarığı (xarici dil bilikləri üstünlükdür);
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Kollektivlə sağlam münasibət qurmaq və işləmək bacarığı.

İşin təsviri:

  • İR standartlarının, İR-nın idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s.) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • Kadr axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
  • Kadr bazasının yaradılması və idarə edilməsi, içilər barədə hesabatların tərtib edilməsi, işçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması işinin təşkili;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
  • İşçilər tərəfindən daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi;
  • Rəhbərliyə və dövlət orqanlarına aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması və təqdim olunması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İnsan resurslarının idarə edilməsi üzrə menecer” qeydi edərək elektron ünvanına göndərməyinizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı