İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Universal Poliqraf İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəi olmalıdır.

İş barədə məlumat:

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının istifadəsi cədvəlinin hazırlayır və gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin qeydiyyatını aparır;
  • Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparır;
  • Əmək üzrə perspektiv və illik planların işlənib hazırlanmasında iştirak edir;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;
  • Daxili sənəd dövriyyəsini icra edir;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirir.
  • İş saatları (iş rejimi): 09:00 – 18:00, şənbə günü 09:00-18:00

Namizədə tələblər:

  • İş təcrübəsi: İnsan Resursları üzrə minumum 2 il iş təcrübəsi.
  • Yaş həddi- 23-30
  • Üstünlüklər: İnsan Resurslarının rəsmi qanunvericiliklə yanaşı strateji tərəfində də təcrübəsi olması əlavə üstünlükdür.
  • Kompüter bilikləri: Ofis proqramları (excel irəli səviyyədə).

Göstərilən tələblərə uyğun olan namizədlər CV formalarını f.eldarli@unipoligraf.az e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı