İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group şirkəti İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
  • Şirkət üzrə yüksək səviyyəli mütəxəssislərin cəlb etmək üçün effektiv işə götürmə strategiyaları və proseslərin hazırlanması, həyata keçirilməsi və inkişaf etdirilməsi;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analizlərinin aparılması;
  • Şirkət daxili işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;

Namizədə aid tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment və ya İnsan Resursları sahələri üzrə)
  • Müvafiq sahə üzrə 4-5 illik təcrübə;
  • Dil biliyi: Azərbaycan dilində yazı və danışıq yüksək səviyyədə, rus və ingilis dili arzuolunandır;
  • Yaş həddi: 25-28;

İş şəraiti:

  • Əmək haqqı: 1100-1300 AZN,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (Korporativ paket),
  • Ünvan: Bakı şəh, Ziya Bünyadov 65c,
  • İş günlərinin sayı 5 gün saat 09:00-18:00.

Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə “İnsan Resursları üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı