İnsan resursları üzrə mütəxəssis:
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azdizayn Group İnsan resursları üzrə mütəxəssis: vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda

   “AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili və İngilis dili üstünlükdür )
  • Kompüter bilikləri (MS Office,)
  • İşə planlı yanaşma;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • Operativlik;
  • Yaş Həddi 25-35;
  • Bəy namizədlərə üstünlük verilir.

İş haqqında məlumat:

  • Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparılması;
  • Kadr məlumat bazasının, dəyişiklikləri nəzarə almaqla, daim yenilənməsi;
  • Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin (əmək kitabçalar, mənzuniyət uçotu, ezamiyyət uçotu, əmrlər, işləmə qabliyyəti olmama baradə (xəstəlik) vərəqələri,) zamanında və keyfiyyətlə aparılması;
  • Aylıq davamiyyətlərin idarə olunması, tabellərin toplanması və təqdim olunması;
  • İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;
  • İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edilməsi;
  • İşə qəbul, Xitam və Əmək haqqı üzrə dəyişiklikləri Əmas da icra olunmasını təmin edilməsi;
  • Daxil olan müraciətləri təhlil etmək və səriştəsi, təcrübəsi, bilikləri tələb edilən işçinin lazımi xüsusiyyətlərinə uyğun hesab edilən namizədləri test və ya müsahibə mərhələsinə dəvət etmək;
  • Namizədlərlə ilkin müsahibələri keçirmək;
  • Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşdirmək;
  • İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;
  • İş analizinin aparılması və iş gücü planlaması
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Nahar verilir:
  • Əmək haqqı 600-800 manat

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı