İnsan resursları üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400-500 AZN. Domino’s Pizza Azerbaijan İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Problemləri təhlil və həll etmə bacarığı olmalıdır.

Şirkət barədə:

Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.

İş barədə məlumat:

  • E-gov, e-sosial portallarında bütün lazımı əməliyyatları icra etmək,
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
  • Davamiyyətin izlənməsi,Aylıq tabellərin hazırlanması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
  • Əmək kitabçalarının doldurulması
  • İşçilərin daimi icbari sığorta edilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bu sahədə minimum 1 il iş təcrübəsi ( Sertifikatı olanlara üstünlük veriləcək )
  • Yaş həddi 25 -35
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
  • Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
  • MS Office (Word, Excel) kompüter proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Elektron Hökumət Portalında işləmə bacarıqları (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
  • E – sosialda aktiv vakansiyaların yerləşdirib , ləğv edilməsi
  • Stresə davamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkminləşdirməli;
  • Problemləri təhlil və həll etmə bacarığı.
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, Rus dili yaxşı səviyyədə bilməli, İngilis dilini bilməsi üstünlükdür.

İş şərtləri:

  • Həftədə 5 iş günü , 09:00 – 18:00
  • Əmək haqqı namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir( 400-500 AZN)
  • Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan resursları üzrə kiçik mütəxəssis” qeyd edərək samima.shamilova@dominospizza.az ünvanına göndərməkləri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı