İnsan Resursları şöbəsinin müdir müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Quba Palace Hotel İnsan Resursları şöbəsinin müdir müavini vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İnsan Resurslarına dair prosedurların hazırlanması və izlənilməsi
  • AR Əmək qanunvericiliyi bilikləri
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili
  • Mükafatlandırma və motivasiya sisteminin qurulması və tətbiq olunması
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və yeni təkliflərin irəli sürülməsi
  • Kadr bazasının yaradılması və idarə edilməsi, işçilərin qeydiyyatının aparılması işinin təşkili
  • Məzuniyyət, işəqəbul, xitam, ezamiyyə və s. əmrlərin qanunvericiliyə uyğun tərtib edilməsi
  • Vəzifə təlimatlarının hazırlanması
  • Optimal işçi sayının hesablanması
  • Təşkilati strukturun hazırlanması
  • İşə qəbul prosesində vakansiya və müsahibələrin izlənilməsi
  • Öyrənmə ehtiyaclarının öyrənilməsi və təlim matrisinin hazırlanması
  • Əməyin dərəcələndirilməsi
  • Kadr kargüzarlığı sistemlərinin qurulması
  • Vakansiya tələbinin müəyyən edilməsi
  • Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsinə dəstək göstərmək
  • İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrasına nəzarət etmək
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında  həyata keçirilməsinə nəzarət
  • Aylıq hesabatların hazırlanması və təqdimatı

Namizədə tələblər:

  •  Ali təhsil
  • İR sahəsində ən azı 3 il, müvafiq  vəzifədə azı 1 il iş təcrübəsi
  • İR prosedurları, təlim inkişafla bağlı biliklər
  • İşə qəbul sahəsində iş təcrübəsi
  • Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
  • Microsoft Office (Outlook, MS Excel, Word)
  • Məsuliiyətli,işgüzar,ciddi,ünsiyyətcil və aktiv olmalı ,Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmalı
  • Stresse davamlılıq,müxtəlif tipli insanlarla ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll etmə bacarığı, lazım olanda iş vaxtından əlavə qalıb işləməyi bacaran şəxslər

Nəqliyyat və yataqxana ilə təmin olunma;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı