İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. SMTS MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır.

Tələb olunan iş Bacarığı:

  • Müəssisənin insan resursları siyasətinin təkmilləşdirilməsində iştirak etmək;
  • Müəssisənin siyasətinə uyğun olaraq İnsan resursları üzrə prosedurların təkmilləşdirilməsində, yeni vəzifə təlimatlarının hazırlanmasında iştirak etmək;
  • İnsan resursları planlamasını (işçi ehtiyacını müəyyən etmək) həyata keçirmək;
  • Vakansiyalar üzrə iş elanlarını yerləşdirmək, daxil olan CV-ləri analiz etmək və uyğun namizədlərlə görüşləri həyata keçirmək;
  • İşə qəbulla bağlı namizədlər üçün müvafiq qiymətləndirmə formaları (suallar, testlər və s.) hazırlamaq;
  • Müsahibə nəticələrinin izlənilməsi, namizədlərə geridönüşlərin edilməsi, uyğun görülmüş namizədlərin işə başlaması prosesinin təqib edilməsi və adaptasiya təlimləri ilə bağlı məlumatlandırılma;
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
  • İşçilərin qiymətləndirməsi və mükafatlandırılmasına dair sorğuların keçirilməsi və sistemlin tətbiq edilməsi;
  • İllik təlim-tədris proqramının hazırlanması;
  • Dövlət orqanlarına və rəhbərlik üçün hesabatların hazırlanması və təqdim edilməsi;
  • Daxili və xarici audit zamanı İR üzrə sənədlərin hazırlanması;
  • Şirkət daxilində müxtəlif vəzifələr üzrə iş analışlərin aparılması;
  • Şirkət daxili departamentlər üzrə işçilərin iş yükünün ölçülməsi. İş yükü və iş analizi üzrə hesabatların İRD Menecerinə təqdim edilməsi;
  • Məzuniyyətlərin planlaşdırılması və plan üzrə məzuniyyətlərin veriməsini təqib etmək, onların uçotunun aparılması,
  • İşçilərin ezamiyyətə göndərilməsi ilə əlaqədar sənədləşmə işlərini icra etmək;
  • Davamiyyətin izlənməsi; Aylıq tabellərin hazırlanması;
  • Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.

Tələb olunan təhsil və biliklər:

  • Ali təhsil (hüquqşünaslıq, biznesin idarəedilməsi, insan resursları);
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resursları üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il iş təcrübəsi olmalı;
  • Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı (Rus və İngilis dillərin bilməsi arzuolunandır);
  • Microsoft Office proqramlarını əla səviyyədə bilməli (MS Excel proqramını mükəmməl bilməsi mütləqdir);
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
  • Dəqiqlik, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək bacarığı;
  • Tikinti layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-40
  • Əmək haqqı: 1000-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
  • İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
  • Nahar şirkət tərəfindən verilir

    Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini (Azərbaycan dilində) hr@smts.az elektron ünvanına mövzu yerinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı