İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Enar Taxi İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşçi ehtiyacının təmin edilməsi, vakansiyaların elana hazırlanılması və yerləşdirilməsi, CV incələmə, vakansiyalara uyğun namizədlərin axtarışı, seçimi və ilkin müsahibələrin təşkil edilməsi;
  • Əməkdaşların adaptasiyası prosesinin təşkili;
  • İnsan resurslarına aid daxili əmrlərin (işə qəbul, xitam, vəzifə dəyişikliyi,ezamiyyət, məzuniyyət, mükafat, əmək haqqı artımı, intizam tənbehi və s.,)hazırlanması və icrasına nəzarət etmək;
  • İşçilərin əmək müqaviləsi, vəzifə təlimatları, tam maddi məsuliyyət müqaviləsi, məxfiliyin qorunması haqqında müqavilə, daxili intizam qaydaları və müvafiq prosedurlar ilə tanış olmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini aparmaq,formalaşdırmaq;
  • Əməkdaşlar üçün əmək haqqı kartları,əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlamaq;
  • Elektron hökümət Portalına əmək müqaviləsi bildirişlərini daxil etmək;
  • İşçilərə məzuniyyətlərin verilməsinin üçotunu aparmaq, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsini icra etmək, son haqq hesabların, kompensasiyaların hesablanması;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Xidməti müqavilələrin hazırlanması, əlavələrin edilməsi;
  • Əmək haqqı hesablaması üçün Maliyyə departamenti ilə əlaqəli şəkildə fəaliyyət göstərilməsi və tələb olunan vaxtda məlumatların hazırlanaraq təqdim edilməsi;
  • İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması
  • İşə davamiyyət prosedurunun tənzimlənməsi.işçilərin gündəlik və aylıq davamiyyətinin izlənilməsi, rəhbərə məlumat verilməsi və ayın sonu davamiyyət tabellərinin hazırlanaraq maliyyə departamentinə təqdim edilməsi.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00-dan 18:00-dək
  • İstirahət günü – Şənbə və Bazar günləri
  • Əmək haqqı müsahibə əsasında müəyyənləşdiriləcək

Namizədə tələblər:

  • Ali təhsil
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
  • Ofis proqramları ilə işləmə bacarığı.
  • 1C proqramında işləmək bacarığı
  • E-gov Elektron Hökumət Portalında işləyə bilmək
  • Azərbaycan dilini mükəmməl bilməli, ingilis dilinə üstünlük verilir;
  • Ünsiyyət qurma bacarığı;
  • Problemləri həll etmə bacarığı
  • Stresə davamlılıq
  • İnformasiyanın təhlili və analiz etmək bacarığı
  • Müxtəlif iş və tapşırıqların eyni vaxtda icra edilməsi qabiliyyəti;
  • İnsan resursları sahəsində azı 2-3 il təcrübəsi (istehsalat sahəsində iş təcrübəsi olmağı üstünlükdür)

Maraqlanan şəxslər CV formalarını mövzu yerində ” İnsan resursları üzrə mütəxəssis” qeyd edərək hr@enartaxi.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı