İnsan Resursları xidmətləri üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azerconnect İnsan Resursları xidmətləri üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət : Azerconnect
Funksiya : İnsan Resursları
İş qrafiki : Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi : 30 Sentyabr 2021
Müqavilə müddəti : Daimi

Azerconnect İnformasiya və Kommunikasiya Texnologiyaları sahəsində korporativ müştərilərin ehtiyaclarına uyğun xidmətlər və optimal həllər təqdim edən B2B (Business to Business – Biznesdən biznesə) şirkətdir.

Komandamıza qoşulmaqla siz rəqabətli, yenilikçi və həvəsləndirici korporativ mühitdə yerli və xarici peşəkarlarla çalışmaq, telekommunikasiya sahəsində təcrübə və səriştə qazanmaq, karyerada irəliləmə və inkişaf etmək imkanı əldə edəcəksiniz.

İnsan resursları üzrə kiçik mütəxəssis İR Xidmətləri komandasının üzvü qismində bütün İR xidmətləri kateqoriyalarında İR komandasını dəstəkləyən İR əməliyyatlarının və işlərinin icrasına məsul olacaqdır.

İnsan Resursları xidmətləri üzrə kiçik mütəxəssis olaraq sizin vəzifə öhdəlikləriniz:

  • Şirkətin strategiyasına, hədəflərinə və mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulu, başqa işə keçirilməsi, işdən azad edilməsinin rəsmiləşdirilməsi, həmçinin əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, intizam tənbehlərinin tətbiqi üzrə sənədləşmə və s. işlərin icra edilməsi;
  • Şirkətin təşkilati strukturlarının, şirkət əməkdaşlarına aid məlumatların ERP proqramlara daxil olunması, yenilənməsi, müvafiq dəyişikliklər edilməsi və s. işlərin aparılması;
  • Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
  • İş yerindən arayışların hazırlanıb təqdim edilməsi;
  • Elektron Hökümət Portalında işə qəbul, vəzifə dəyişikliyi, əmək haqqı dəyişikliyi, işdən azad və s. dəyişikliklərin qeydiyyata alınması;
  • İR-na daxil olan gündəlik müraciətlərin cavablandırılması;
  • Şəxsi işlərin tərtib olunması və müntəzəm olaraq yenilənməsi
  • İR-na aid tələb olunan hesabatların hazırlanaraq təqdim olunması;
  • İşçilərə məzuniyyət verilməsi prosesinin icrası, istifadə etdiyi məzuniyyətlərin qeydiyyata alınması və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmiləşdirilməsi.

Vəzifənin tələbləri:

  • Ali təhsil;
  • AR Əmək Qanunvericiliyini yaxşı səviyyədə bilməli;
  • İR sahəsində 1 ilədək təcrübəsi arzuolunandır;
  • Sənədləşmə və yazışma işlərini bacarmalı;
  • Səlis Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi üstünlükdür);
  • MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, Word);
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
  • Komandada işləmək bacarığı;
  • Güclü ünsiyyət bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Nəticə yönümlü;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması.

Müraciət etmək üçün

Müraciət etmək üçün bu linkə keçid almağınızı xahiş edirik.
Şirkətimzdə mövcud digər vakansiyalarla tanış olmaq üçün www.azerconnect.az səhifəsinə keçid ala bilərsiniz.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı