İnsan Resursları şöbə rəhbəri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC İnsan Resursları şöbə rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları Şöbəsinin işinin təşkili;
  • İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Bütün vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasının təmin olunması;
  • Cəmiyyətdə işləyən işçilərin işdən çıxarılması, yeni işçilərin işə qəbul edilməsi, məzuniyyətlərin verilməsi, vəzifə və ya peşələrinin dəyişdirilməsi, vəzifələrin təyin olunması, mükafatlandırılması, ezamiyyət əmrlərinin verilməsi və işçilərin siğortalanması ilə bağlı siğorta işlərinə rəhbərlik etmək.

Namizədə dair tələblər:

  • Ali Təhsil;
  • Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Vaxtı idarə etmə qabiliyyəti;
  • Mükəmməl ünsiyyət bacarıqları, şəxslərarası əlaqə qurma və müştərilərə xidmət göstərmə qabiliyyəti;
  • Büdcə və risklərin idarə olunması ilə bağlı təcrübə;
  • Telefon, elektron poçt və yazılı formada tapşırıqların icrası ilə bağlı verilmiş tələbləri cavablandırmaq.
  • Microsoft Office, digər proqramlar, 1 C 8.3 version;
  • Əmək qanunvericiliyi;
  • Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər
  • Əmək haqqı: Müsahibə zamanı bilik və bacarığa uyğun təyin olunacaq.
  • İş yeri : Bakı şəhəri
  • Yalnız xanım namizəd tələb olunur
  • Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “İnsan Resursları şöbə rəhbər” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı