İnsan Resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Elmanado MMC İnsan Resursları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək;
  • Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək.
  • Korporativ sosial məsuliyyət layihələrinin tərtib olunmasını və icra olunmasını təmin edir;

Vakansiya tələbləri:

  • Ali təhsil;
  • Sahə üzrə 3 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
  • İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
  • Azərbaycan səlis danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarından yüksək istifadə bacarığı;

İş şəraiti:

  • İş rejimi – 6 günlük;
  • İstirahət vaxtı- bazar.
  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
  • Şirkət: ELMANADO MMC
  • İş ərazisi: Zabrat dairəsi
  • Vakansiyaya uyğun namizədlər CV-lərini “İnsan Resursları mütəxəssisi” başlığı ilə baghirlipasha@gmail.com e-mail ünvanına göndərin (məktubun mövzu bölməsində vakansiyanın adını qeyd etmək mütləqdir).

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı