İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AgroBridge İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Zirə qəsəbəsi;

Tələblər:

  • İş təcrübəsi: Müvafiq sahələrdə ən azı 3 il iş təcrübəsi;
  • Təhsil: Ali təhsil;
  • Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunverciliyini bilməli;
  • Problemləri həll etmə bacarığı;
  • Təhlil etmə bacarığı;

Əlavə məlumat:

  • İş vaxtı: 07:30-16:30
  • İş rejimi: I – VI günlər
  • Nahar və Servis şirkət tərəfindən təmin edilir;
  • Şəxsi avtomobil olduqda yanacaq şirkət tərəfindən odənilir.

İş təsviri:

  • İşçilərin müəssisə, idarə və təşkilatlarda olmasının faktiki vaxtını təyin etmək məqsədi ilə tabel uçotunu aparmaq, onların işə davamiyyətinə nəzarəti həyata keçirmək.
  • Tabeldə müvafiq qeydlər etmək və hər gün işçilərin işə çıxması, çıxmaması və gecikməsinin qeydiyyatını aparmaq, səbəblərini qeyd etməklə raport tərtib etmək, mərkəzi ofisə göndərilməsini təmin etmək.
  • Sahə işçilərinin işə qəbulu, bir işdən başqa işə keçirilməsi, çıxarılması, onlara məzuniyyət verilməsi barədə dəyişiklikləri əlavə edərək sistematik olaraq işçilərin siyahı tərkibinin uçotunu aparmaq və mərkəzi ofisə məlumat vermək.
  • İşçilərin daxili intizam qaydalarına nəzarət etmək və mərkəzi ofisi məlumatlandırmaq. (təqdimat formasında)
  • Sahə işçilərinin iş növbəliyini, icazələrini və digər oxşar işləri əlaqələndirmək.
  • İşçilərin giriş, ilkin, vaxtaşırı və növbədənkənar təlimatlarının aparılmasını təşkil etmək.Vaxt aşırı və lazımı hallarda (işin xüsusiyyətindən asılı olaraq ) gündəlik təlimatların verilməsini təmin etmək.
  • İşçilərin sağlam və təhlükəsiz əmək şərayətinin yaradılmasını təşkil etmək.
  • Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət etmək.
  • İşçilərin kollektiv və fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət etmək.
  • İşçilərin xüsusi və fərdi geyim, ayaqqabının və digər vasitələrin saxlanmasını, yuyulmasını, təmirini təmin etmək.
  • Bununla yanaşı işçilərin əməyinin müdafiyəsi üzrə qanunvericilikdə nəzərdə tutulan diqər tələblər üzrə işləri təşkil etmək və icrasını yoxlamaq.
  • SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan Resursları və SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı