İnsan resursları üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AS İnşaat MMC İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • İşçilərin şəxsi işlərini hazırlayır və formalaşdırır, onlarda əmək fəaliyyəti ilə bağlı olan dəyişiklikləri qeyd edir;
  • Əmək qanunvericiliyinə, əsasnamə, təlimat və müəssisə rəhbərlərinin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbul edilməsi, vəzifə dəyişikliyi, ezamiyyət, məzuniyyət və işdən azad olunmalarını rəsmiləşdirir;
  • Əmək müqavilələrini doldurur və tərəflərin arasında imzalanmasına nəzarət edir;
  • İş stajının hesabatını aparır, işçilərin hazırkı və keçmiş fəaliyyəti haqqında arayış verir;
  • İş vaxtının uçotu cədvəlini hazırlayır və davamiyyətlə bağlı gündəlik qeydləri aparır;
  • İşçilər tərəfindən təqdim olunmuş “Əmək qabiliyyəti olmamaq vərəqəsi”ni qəbul edir, yoxlayır, insan resurslarına aid olan bölməni doldurur;
  • İşçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparır, məzuniyyətdən vaxtında, tərtib edilmiş qrafik üzrə istifadə edilməsini nəzarət edir;
  • Peşələr üzrə vəzifə təlimatlarının yazılması;
  • İşçilərin gündəlik davamiyyətlərinə nəzarət edir və rəhbərliyə hesabat verir;

Vəzifə ilə bağlı tələblər:

  • Menecment, İqtisadi sahələri vəya digər müvafiq sahələr üzrə ali təhsil;
  • AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini əla səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
  • İnsan resursları sahəsi üzrə 2 il fasiləsiz iş təcrübəsi olmalıdır;
  • E-gov Elektron Hökumət Portalında işləyə bilməlidir;
  • MS Office (MS Word, MS Excel) üzrə biliyin olması;
  • 1C 8.3 proqramında işləmək bacarığı;

Digər:

  • Rayonlara ezamiyyət, tikinti sahələrinə yoxlamalara gedəcəyi üçün bəy namizədlərə üstünlük veriləcək.
  • İş rejimi: 09:00-18:00 (5 günlük iş həftəsi).
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına mütənasib olaraq müəyyənləşdirilir.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd etməklə CV-lərini göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı