İnsan resursları üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Novas Agro İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Novas Agro” MMC 2019-cu ildən fəaliyyətə başlamış və əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı sahəsi olmaqla, istixana sahəsində pomidor bitkilərinin becərilməsi, pomidor məhsulunun satışı ilə məşğuldur. 2020-ci ildə iki dəfədən çox ərazisini və fəaliyyət sahəsini genişləndirmişdir. Çox qısa zaman içərisində müasir texniki avadanlıqları və keyfiyyətli məhsulları ilə “Novas Agro” adı altında tanınmışdır. Strateji və perspektivli planlarında 2021-ci ildə şirkətin ərazi və fəaliyyət sahəsinin daha da genişlənməsi nəzərdə tutulmuşdur.

Tələblər:

  • İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2 il təcrübə, istixana təcrübəsi arzuolunandır;
  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
  • 1C proqram trəminatı ilə işləmək bacarığı;
  • Elektron Hökumət Portalları ilə (E-gov; E-sosial; İSB) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel, Visio) proqramlarında sərbəst işləmək;
  • Analitik düşünmə tərzi, ünsiyyətcil, təqdimat bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Problemləri həll etmə bacarığı;

Vəzifələr:

  • Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işləmək, sosial sığorta kartlarının açmasını təmin etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
  • Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
  • Məzuniyyət cədvəllərinin təşkil olunması və izlənilməsi;
  • İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət etmək;
  • Aylıq tabelləri (finger-print) hazırlamaq;
  • İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi;
  • HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
  • İşə qəbul və adaptasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın adaptasiya olunması, sınaq müddətində izlənməsi;
  • Əmrlərin, sərəncamların, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunu aparılması.

İş şəraiti:

  • İş yeri Zirə qəsəbəsində yerləşir;
  • 6 günlük iş qrafiki;
  • İl ərzində 30 gün məzuniyyət;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 900-1200 AZN NET.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazmaqla hr@novasagro.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı