İnsan resursları üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AZNAV COMPANY MMC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Əmək qanunvericiliyinin əsaslarını bilməli
  • Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulunu, köçürulməsini, kadrların ixtisasının artırılmasını və işdən azad edilmələrin və s. sənədlərin rəsmiləşdirilməsini həyata keçirməlidir
  • Elektron hökümət portalında lazımi əməliyyatları yerinə yetirməli
  • Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını, pensiyaların təyin edilməsi üzrə lazımi sənədlərin tərtib edilməli
  • Kadrların ixtisas və peşəkarlığının artırılması işini bilməli
  • İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq.
  • Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək
  • Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək
  • Direktorun əmr və göstərişlərini vaxtında yerinə yetirmək
  • İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq
  • Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət etmək

İş şərtləri:

  •  Həftədə 5 iş günü, 2 gün istirahət
    -İş saatları 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Yaş: 28-38
  • Təhsil: Ali
  • Tərcübə: Minimum 3 il (HR vəzifəsi üzrə iş təcrübəsi mütləqdir)
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir
  • MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır
  • Azərbaycan dili və Rus dili (əla), İngilis dili (yaxşı)
  • Peşəkar ünsiyyət bacarığına sahib olmalıdır
  • Analitik düşünmə qabiliyyətinə sahib olmalıdır
  • İşində məsuliyyətli və dəqiq olmalıdır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən mövzu hissəsində “HR menecer” qeyd edərək CV-lərini o.mammadli@aznavcompany.com elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı