İnsan resursları üzrə kiçik mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

C and S Group LLC Insan Resursları üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • AR-nın Əmək Qanunvericiliyinə uyğun sənədlərin rəsmiləşdirilməsi;
  • İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir,  qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir;
  • Işçilərə cari əmək fəaliyyətləri haqqında arayışların və xasiyyətnamələrin verilməsi;
  • Yazılı əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
  • Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.);
  • Kadr sənədlərinin  qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən, işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır.

İş şəraiti:

  • AR Əmək məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;
  • Nahar vaxtı 13:00-14:00;
  • Əmək haqqı: 500 azn net;
  • Ünvan: Zərifə Əliyeva 55, Yeni Hayat Plaza.

Namizədə tələblər:

  • Ali təhsil;
  • 1 il iş təcrübəsi;
  • Azərbaycan və rus dili bilikləri mütləqdir;
  • İnzibati sahədə iş təcrübəsi;
  • Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel);
  • Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
Namizədlərdən CV-lərini “İnsan resursları üzrə kiçik mütəxəssis” başlığı il office@csgroup.az  email ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı