İnsan Resursları üzrə Aparıcı Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Agro-West DC LLC İnsan Resursları üzrə Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

İşçiyə qoyulan tələblər:

  • Komanda ilə işləmə bacarığı olmalı;
  • Məsuliyyətli və işində dəqiq olmalı;
  • Mükəmməl Əmək Məcəlləsi bilikləri olmal;
  • Təhsil: Ali;
  • İş təcrübəsi: 2 ildən çox;
  • Yaş: 25-35;

Vəzifə öhdəlikləri:

  • Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı ƏM bildirişlərin Elektron informasiya sisteminə (ƏMAS) vaxtında daxil edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və saxlanılmasının təmin edilməsi;
  • İşə qəbul edilən işçilərin müqavilələrinin , şəxsi işlərinin hazırlanması və vaxtında imzaladılması;
  • Əmək haqqı kart sifarişinin verilməsi;
  • İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
  • Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotununun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadəsinə nəzarət edilməsi, içilərə illik məzuniyyətlərin verilməsi;
  • Əmək müqaviləsi və əmək kitabçası uçotu jurnalının tərtib edilməsi;
  • İşçilərin işdən çıxış prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə ciddi riayət edilməklə aparılması;
  • Miqrasiya sənədlərinin hazırlanması, iş və yaşama icazələrinin alınması;
  • Aylıq tabellərin hazırlanması və təsdiqlənməsi;
  • Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək.

İş şərtləri:

  • Stabil iş
  • Icbari sığorta
  • Əmək haqqı: 1000 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş vaxtı:  9.00 – 18.00
  • İstirahət günləri: Şənbə və Bazar günü.

Maraqlananlar öz CV formalarını göndərə bilər (məktubun mövzu bölməsində “İnsan Resursları üzrə Aparıcı mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

İnsan Kapitalı üzrə Biznes Partnyor

Unibank Kommersiya Bankı İnsan Kapitalı üzrə Biznes Partnyor vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

25.04.2024 - Bakı

700₼
Ofis Meneceri

Health Pharm dərman şirkətinə ofis meneceri tələb olunur ...

Health Pharm

18.04.2024 - Bakı

400 — 500 ₼
Ofis Meneceri

Deziline MMC Ofis Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Deziline MMC

16.04.2024 - Bakı